Dəyişimə diqqət: Hamımızın uşaqlara mütləq öyrətməsi lazım olan 8 rəqəmsal bacarıq

Dəyişimə diqqət: Hamımızın uşaqlara mütləq öyrətməsi lazım olan 8 rəqəmsal bacarıq

Texnoloji proseslərin bütün dünyaya təsiri böyükdür və bu artan xətt üzrə davam etməkdədir.
 
Maide.az xəbər verir ki, mütəxəssislərə görə, qarşıdakı 10 ildə dünya əhalisinin 90% -i internetdən istifadə edə biləcəkdir.  Bura uşaqlarımız da daxildir. Və internet uşaqlarımız üçün eyni zamanda riskli və təhlükəlidir
Elə isə, əllərinə verdiyimiz telefonları necə üstünlüyə çevirə bilərik? Rəqəmsal zəkalarını necə inkişaf etdirə bilərik? Uşaqlarımıza nələri öyrətməliyik? Buyurun.
 
1. Rəqəmsal şəxsiyyət və şöhrət qazanmaq.
 (Virtual xarakterinin fərqində olub, qısa və uzun müddətdə yaratdığı təsiri idarə edə bilmək bacarığı.)
Dijital kimlik ve ün kazanma
 
2. Rəqəmsal vasitə və mühitlərdən istifadə edə bilmək.
 (Virtual və real həyat arasında sağlam bir tarazlıq qurub və nəzarət edə bilmək bacarığı.)
Dijital araç ve ortamları kullanabilme
 
3. Rəqəmsal risklər.
 (Uşaq istismarı, kiber zorakılıq və ya radikal qruplara meyllənmə ilə yanaşı, şiddət və əxlaqa zidd olan açıq-saçıqlığa dair online riskləri idarə etmək və bunlardan qaça bilmək bacarığı.)
Dijital riskler
 
4. Rəqəmsal təhlükəsizlik.
 (Kompüter xakerliyi, fırıldaqçılıq, virus kimi kiber təhlükələri anlamaq və məlumatların təhlükəsizliyini təmin edə bilmək üçün lazımlı vasitələrdən istifadə etmək)
Dijital güvenlik
 
5. Rəqəmsal duyğusal zəka.
 (Empatiya və digər istifadəçilərlə online əlaqələri yaxşı qura bilmək bacarığı.)
Dijital duygusal zeka
 
6. Rəqəmsal ünsiyyət.
 (Rəqəmsal texnologiya və mühitlərdən istifadə edərək başqaları ilə ünsiyyət və iş birliyi qura bilmək bacarığı.)
Dijital iletişim
 
7. Rəqəmsal savadlılıq.
 (Məzmun tapmaq, qiymətləndirmə, istifadə və yaratmaq ilə yanaşı riyazi düşünmə bacarığı.)
Dijital okuryazarlık
 
8. Rəqəmsal hüquqlar.
 (Şəxsi məsələlər, fikir bildirmək haqqı, ifadə azadlığı və qeyri-etik sözlərdən  uzaq olmaq kimi fərdi və hüquqi haqlarını anlayıb qoruya bilmək bacarığı.)
Dijital haklar
 
Bütün bunlar, uşaqlarımızın texnologiyadan ağıllı və məsuliyyətli istifadə etmələrinə yol açacaqdır.
Texnologiya tərəfindən idarə olunan deyil, texnologiyanı idarə edə bilən fərdlərdən olmaqlarına kömək edəcəkdir. (onedio) //

Google+ WhatsApp ok.ru