Dəniz nəqliyyatı ilə yük daşınması azalıb-STATİSTİKA

Dəniz nəqliyyatı ilə yük daşınması azalıb-STATİSTİKA

Bu ilin yanvar-sentyabr aylarında dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi 4 milyon 024,3 min ton təşkil edib. Dövlət Statistika Komitəsindən fins.az-a verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 21% azalıb. 
 
Yüklərin 42,7%-ni neft yükləri təşkil edib. Dəniz limanları tərəfindən 6 589,8 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 6 166,6 min tonunu və ya 93,6%-ni tranzit yüklər təşkil edib. Oktyabr ayının 1-i vəziyyətinə limanlarda qalan idxal yüklərin həcmi 41,8 min ton olub.
 
Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2015-ci ilin müvafiq dövrünə nisbətən 2,4 dəfə artaraq 14,2 min nəfər olub.
 
Ümumilikdə qeyd olunan dövr ərzindəki yükdaşımaların 2,4%-i dəniz nəqliyyatının payına düşür. /

Google+ WhatsApp ok.ru