Ödənişli uşaq bağçalarında maksimum qiymət həddinin müəyyən olunması təklif edilir

Ödənişli uşaq bağçalarında maksimum qiymət həddinin müəyyən olunması təklif edilir

 
Azərbaycanda ödənişli uşaq bağçalarında maksimum qiymət həddinin müəyyən olunması təklif edilir.
 
Verilən məlumata görə, bu təkliflə Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədri İsa Həbibbəyli çıxış edib.
 
İ.Həbibəyli bildirib ki, özəl uşaq bağçalarında ödənişi maksimum 500 manat həddində müəyyən etmək olar: “Müxtəlif ölkələrdə bu müxtəlif cür hesablanır. Bəzi ölkələrdə minimum əmək haqqının misli ilə hesablanır. Azərbaycanda da bu həddi müəyyən etmək məqsədəuyğundur”.
 
O qeyd edib ki, iclasda müzakirə olunan yeni hazırlanmış və ilk oxunuşda təqdim olunan “Məktəbə qədər təhsil haqqında” qanuna bu məsələnin salınmasını təklif edir. (trend) /

Google+ WhatsApp ok.ru