Dənizdə köməksiz qalan balıqçılar xilas edilib

Dənizdə köməksiz qalan balıqçılar xilas edilib

Xəzər dənizində köməksiz vəziyyətdə qalan balıqçılar xilas edilib.
 
Bu barədə Maide.Az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzinən məlumat verilib.
 
Belə ki, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin “Vel” sahil nəzarəti məntəqəsinə 2 nəfər balıqçının qayığın mühərrikində yaranmış nasazlıq səbəbindən Xəzər dənizində köməksiz qalmaları barədə məlumat daxil olmuşdur.
 
Qayığın koordinatları müəyyənləşdirildikdən sonra sərhəd gözətçi gəmiləri vasitəsilə həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticə­sində sahildən 5 mil aralıda dənizdə qalmış balıqçı qayığı aşkar edilmişdir.
 
Astara rayon Şahağacı kənd sakinləri Quliyev Zaur Balağa oğlu və Həsənov İlqar Əlihəsən oğlu saat 20:30-da xilas edilərək qayıqla birlikdə sahilə çıxarılıb. /

 

Google+ WhatsApp ok.ru