Dərbəndin Cümə məscidinin xətibi  namaz məhbusu Şeyx Sərdarın həbsini pislədi

Dərbəndin Cümə məscidinin xətibi namaz məhbusu Şeyx Sərdarın həbsini pislədi

Rusiyanın Dərbənd şəhərinin cümə məscidinin  xətiblərindən olan ruhani Hacı Surxay Dərbəndi  namaz məhbusu  Şeyx Sərdar Hacıhəsənlinin  həbsini pisləyib. 
 
Maide.Az xəbər verir ki, fevralın 24-də cümə namazının xütbəsində Şeyx Sərdar Hacıhəsənlinin həbsinə münasibət bildirən ruhani Hacı Surxay Dərbəndi bunları deyib:
 
“Şeyx Sərdarın cümə namazı qıldığı üçün həbsi çox gülüncdür. Müsəlman ölkəsi olan Azərbaycanda belə bir qanunun qüvvəyə minməsi və icrası yolverilməzdir.
 
Şeyx Sərdar kimi ziyalı din xadiminin cəmiyyətdən təcrid edilərək məhbəsə atılması, bizi kəskin narahat edir. Şeyx Sərdar haqqında təkcə bunu demək yetər ki, o, İslam elmlərini mükəmməl şəkildə mənimsəmiş fəlsəfə, irfan, kəlam, fiqh, təfsir, ərəb ədəbiyyatı və s. kimi dini elmlərdə söz sahibidir. 
 
Namaz məhbusu Şeyx Sərdar Hacıhəsənliyə qarşı məqsədli surətdə aparılan təzyiqlərə və həbsinə qəti etiraz edirik. Dərbənddə yaşayan bir çox azərbaycanlılar adından bu qanunsuz həbsi qətiyyətlə pisləyir və məsələnin müsbət istiqamətdə həll olunmasını istəyirik."

Google+ WhatsApp ok.ru