Dəməşqdə prokrorluğun binasında partlayış, 25 nəfər həlak olub

Dəməşqdə prokrorluğun binasında partlayış, 25 nəfər həlak olub

Suriyanın paytaxtı Dəməşqdə prokrorluğun binasında patlayış baş verib. 
 
Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, intiharçı prokrorluq binasında özünü partladıb və ilkin məlumata görə 25 nəfər həlak olub. 
 
Verilən məlumata görə, intiharçı özünü Hamidiyə bazarı yaxınlığında olan prokrorluq binasında  partladıb. Hüquqmühafizəçilər terrorçunu dayandırmağa çalışsa da, o, özünü binanın içinə salmağa və kütlənin içində bədəninə  bərkitdiyi partlayıcını işə salmağa nail olub.
 
Çoxlu sayda yaralılar var, onların bəzilərinin vəziyyəti ağırdır. Ölkən və yaralananların çoxunun  vəkil olduğu bildirilir. 
 

 

Google+ WhatsApp ok.ru