İşdən çıxarılanların müavinəti bu cür veriləcək

İşdən çıxarılanların müavinəti bu cür veriləcək

“İşsizlikdən sığorta haqqında” qanun gələn ilin yanvarın 1-dən qüvvəyə minəcək. Bu qanun işsiz qalan vətəndaşların sosial ehtiyaclarının ödənilməsinin təmin olunmasına şərait yaradacaq.
 
Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Beynəlxalq Əmək Təşkilatı ilə birgə keçirilən tədbirdə deyib.
 
Nazirin sözlərinə görə, işçilərin ixtisarı zamanı işdənçıxarma müavinətinin iki aylıq orta əmək haqqı səviyyəsində müəyyən edilməsi, bu müavinətin işdən azad edilən işçinin həmin işəgötürənlə olan əmək stajından asılı olaraq diferensiallaşmış formada verilməsi nəzərdə tutulub.
 
Nazir bildirib ki, Əmək Məcəlləsinə edilən yeni dəyişikliklərlə işçilərin ixtisarı zamanı məşğulluq orqanından alınan arayışlar əsasında işəgötürən tərəfindən verilən ikinci və üçüncü aylar üçün orta əmək haqqının işəgötürən tərəfindən deyil, məşğulluq orqanları tərəfindən təmin edilməsi nəzərdə tutulub.
 
Xəbərdarlıq edilmədən işdən çıxarılan işçilər üçün də qanunla nəzərdə tutulmuş müavinətlər ödəniləcək. (virtualaz) / 

Google+ WhatsApp ok.ru