Dəmiryolda qiymətləri kim qaldırır?

Dəmiryolda qiymətləri kim qaldırır?

"Novoye Vremya" qəzeti "Tariflərin artmasının anonsunu kim verir" başlıqlı məqalədə bu suala cavab axtarır.
 
Bu il iyulun 15-dən kupe və plaskart vaqonlarda qiymətlər 20% bahalaşacaq.
 
"Dəmiryol rəhbərliyi bu qiymət bahalaşmasını nə qədər əsaslandıra biləcək, bunu zaman göstərər, amma bilet tariflərinin artmasının sadə vətəndaşların cibinə zərbə vurması faktdır. Sual edilir ki, niyə məhz indi, yay mövsümündə, məzuniyyətlər dövründə, ölkə daxilində qatardan istifadə edənlərin sayı artan vaxtda bu qiymətlər qaldırılır? Belə çıxır ki, bu qurum biletin qiymətini bahalaşdırmaqla bu və ya digər dərəcədə vəziyyətdən istifadə edir, əvəzində də heç nə təklif etmir", - məqalədə deyilir.
 
Müəllif yazır ki, qiymət qaldırılmazdan öncə sərnişinlər üçün şərait yaxşılaşdırılmalıdır, amma sərnişindaşımada qiymətlərin artırılması, heç olmasa, servis xidmətiylə də kompensasiya olunmur.
 
Məqalədə o da vurğulanır ki, ölkənin dəmir yollarının inkişafına dövlət milyard manatlarla sərmayə qoyur, bu azlıq edir, hələ üstəlik də vətəndaşın cibinə girirlər:
 
"Sadə vətəndaşlar barədə heç kəs düşünməyib, istər bu, istərsə də başqa sahədə sağlam rəqabət olmadığından qiymət özbaşınalığı baş verir". /

Google+ WhatsApp ok.ru