Dəniz suyu və qumunun hansı faydaları var? - ARAŞDIRMA

Dəniz suyu və qumunun hansı faydaları var? - ARAŞDIRMA

Yay gəldi, dəniz mövsümü davam edir. Dənizin havası, suyu, qumu... sağlamlıq baxımından bunların insan səhhəti üçün faydalarından heç xəbəriniz var?
 
Dəniz suyunun tərkibindək vitaminlər, mineral duzlar, amin turşular insan bədənində olan eyni 84 maddəni ehtiva edir. Yəni qanla dəniz suyu bir-birinə oxşayır.
 
Dünyada gözəllik və masaj tətbiqlərində dəniz duzundan istifadə edildiyini bilirik. Bunun səbəbi dəniz duzunda olan təbii elementlərin dəridən toksinlərin atılmasına və ölü hüceyrələrin təmizlənməsinə kömək olmasıdır.
 
Dəniz suyunun ən mühüm faydalarından biri zədələnmiş, zərərə uğramış dərini yaxşılaşdırmaqdır. Dəniz suyu atopik dermatit, rosasea, sədəf və eqzema kimi bir çox dəri xəstəliklərinin müalicəsində kömək edir. Sızanaqları, qara nöqtə əmələ gəlməsini azaldır.
 
Dəniz havası kəpəkli saçlara da möcüzəvi təsir bəxş edir. Yağlı saçlardakı yağ tarazlığını təmin edir. Bəlkə də ən heyrətləndirici təsiri isə ağrıyan dişlərə dəniz suyu ilə qarqara edərək, diş ağrısına son verə bilərsiniz. Ağızdakı yaraları da bu tərzdə yaxşılaşdıra bilərsiniz.
 
Dəniz suyu, həmçinin immunitet sistemini gücləndirmə qabiliyyətinə də malikdir. Zərərli toksinləri bədəndən uzaqlaşdıraraq, müdafiəni təmin edir. Bu sayədə sərbəst mənfi elementlərdən xilas olan qan, ehtiyacı olan elementlərə malik olur və tərkibindəki oksigen səviyyəsi artır.
 
Dəniz suyunda olan yod da immunitet sisteminə müsbət təsir edir. Eyni zamanda təbii bir antiseptik olan dəniz suyu, infeksiyalara qarşı ciddi miqdarda bədənin müqavimətini artırır və bakteriya, göbələk və parazitlərin ölməsinə kömək edir. Tər qoxusundan şikayət edənlər dəniz suyu ilə bu problemdən xilas ola bilər.
 
Dəniz suyunun mühüm bir təsiri də ruhi sağlamlığa aiddir. Tərkibində olan maqnezium, litium və brom beyindəki serotonin, melatonin səviyyələrinə təsir edir. Depressiya, əsəbilik, narahatlıq, diqqətsizlik kimi bir çox sinir xəstəliklərini müalicə edir.
 
Hər kəs dənizin və günəşin faydalarını və zərərlərini bilir, amma dəniz qumunun faydalarından heç bəhs edilmir. Dəniz qumunun aşağıdakı kimi faydaları var:
 
1. Nəm dəniz qumunda gəzişmək qan damarlarının genişlənməsini və qanın yuxarıya doğru təzyiqlə axınını təmin edərək, qanın axını sürətləndirir.
 
2. Damar tıxanıqlığı və revmatizm xəstəliklərini müalicə edir.
 
3. Təbii "pilinq" təsiri bəxş edir və bəzi dəri xəstəliklərini müalicə edir.
 
4. Dəniz qumu ayaq dabanlarınıza təbii pedikür təsiri verəcək. Dəniz qumu ilə yüngülcə ovulan dəri daha çox təmiz və təbii görünəcək.
 
5. İsti dəniz qumu qan dövranını sürətləndirdiyi üçün oynaq ağrılarını yüngülləşdirəcək.
 
Bundan sonra dəniz və qumun ləzzətini alarkən sağlamlığınıza olan müsbət təsirlərini də artıq bilmiş olacaqsınız. Həmişə sağlam olun. (deyerler) /

Google+ WhatsApp ok.ru