Dəfnə yarpağının faydaları

Dəfnə yarpağının faydaları

-- Dəfnə yarpağı həm mətbəxdə, həm də təbabət və kosmetologiyada ....

Dəfnə həmişəyaşl ağacdır, yazda və qışda yarpağını tökür. Qədim Elladada Olimpiya Oyunları zamanı qalib idmançılar dəfnə yarpağından hörülmüş çələnglə mükafatlandırılırdılar.
 
Xoş ətirli bitki olan dəfnənin may və oktyabr ayları arasında yığılan yarpaqları daha faydalıdır. Meyvələri yaşıl olur, sonradan tündləşib qaralır.
 
Yarpaqlarından mətbəxdə geniş istifadə edilir. Ətirli yarpaqlar şoraba, turşu, balıq və ətli xörəklərə xoş qoxu verir. Xörəkdə dəfnə yarpağından istifadə olunması mədə-bağırsağa xeyirlidir. Ondan natural dərman istehsalında, kosmetik sənayedə də istifadə olunur. Dəfnə meyvələrindən əldə edilən yağ antiseptik xüsusiyyətə malikdir. Dəfnə yağı mikroböldürücü, sidikqovucu, tərlədici, spazmgötürücü və ağrıkəsici təsir göstərir. Onun saç tökülməsinə qarşı istifadə edilməsi tükləri möhkəmlədir, kəpəklənməni azaldır, saçlara yumşaqlıq və parlaqlıq verir. Dəri xəstəlikləri zamanı da həmin yağdan istifadə olunması faydalıdır.
 
Dəfnə yarpaqlarından hazırlanan sabunlar antiseptik və nəmləndirici təsirə malik olduğundan saçda göbələk əmələ gəlməsinə mane olur, saç diblərindəki məsamələri açır və tüklərin bərpasına kömək edir. Onun yarpaqları şəkərli diabet xəstəliyinə də xeyirlidir, qurudulmuş dəfnə yarpağı ilə təzəsinin arasında fərq yoxdur, tərkibcə eyni olur. Yarpaq xlorofillə zəngindir, tərkibində efir yağları, üzvi turşular çoxdur. Ağızda stomatitlər zamanı dəfnə yarpağı çeynəmək çox səmərəlidir. Sızanaqlardan xilas olmaq üçün dəfnənin antiseptik təsirindən istifadə olunması faydalı nəticələr verir. (azərtac)
 

Google+ WhatsApp ok.ru