Dəhşətli yanğında dünyasını dəyişənlərin yaxınları hiddətləndi - YENİLƏNİB-2 - FOTO

Dəhşətli yanğında dünyasını dəyişənlərin yaxınları hiddətləndi - YENİLƏNİB-2 - FOTO

-- Narkoloji Mərkəzində baş vermiş yanğın...

Narkoloji Mərkəzdəki yanğında dünyasını dəyişənlərin yaxınları məlumat ala bilmir.
 
Maide.Az "musavat.com"-a istinadən xəbər verir ki, rəsmi məlumatda ölənlərin sayının 25 olduğu bildirilir.
 
Hazırda daha bir neçə meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Bürosuna gətirilənlərin yaxınları ilə polis əməkdaşları arasında gərginlik yaşanıb.
 
 
 
*** 14:39
 
Respublika Baş Prokurorluğu, Fövqəladə Hallar, Səhiyyə və Daxili İşlər nazirlikləri yanğın barədə növbəti məlumat yayıb.
 
Maide.Az "APA"-a istinadən xəbər verir ki, məlumatda dəhşətli yanğında ölənlərin sayının 25 nəfərə çatdığı bildirilir.
 
Qeyd edək ki, bundan öncə bəzi xəbər saytları, yanğın zamanı 30 nəfərin həyatını itirdiyini, 4 nəfərin xəsarət aldığını bildirib. 
 
Rəsmi məlumatda isə, 34 nəfərin yanğın baş verən korpusdan təxliyə olunduğu, 3 nəfərin yaralandığı,  24 nəfərin meyitinin aşkar edildiyi bildirilmişdi. 
 
 
 
*** 13:12
 
Respublika Baş Prokurorluğu, Fövqəladə Hallar, Səhiyyə və Daxili İşlər nazirlikləri Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla bağlı birgə məlumat yayıb.
 
Maide.Az Milli.Az-a  istinadən xəbər verir ki, birgə məlumatda qeyd olunur ki, 2018-ci il mart ayının 2-si, saat 06:10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin taxta konstruksiyalı bir mərtəbəli korpusunda yanğın baş verib.  Bəzi xəbər saytlarının məlumatına görə, hadisə zamanı 30 nəfər həyatını itirib, 4 nəfər xəsarət alıb
 
Rəsmi məlumatda isə bildirilir , korpusda olan 55 nəfərdən 34-ü təxliyə olunub, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Saat 09:13-də yanğın söndürülüb. Hadisə yerinin müayinəsi zamanı 24 nəfərin meyiti aşkar edilib.
 
Ölənlərin neçəsinin xəstə, neçəsinin tibb personalı olduğu açıqlanmır.
 
İlkin araşdırmaların nəticələrinə görə yanğın binanın elektrik şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş verib.
 
Faktla bağlı cinayət işi açılıb. 
 
Mərkəzin 32 ildir Xətai rayonunda yanğın baş verən həmin binada fəaliyyət göstərdiyi bildirilir.
 
Dünyasını dəyişənlərin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı veririk!
 
 
 

Google+ WhatsApp ok.ru