Dəyişən qaydalar, malsız qalan sahibkarlar

Dəyişən qaydalar, malsız qalan sahibkarlar

-- `Bir aydan çoxdur ki, mal gətirə bilmirik`

"Marja.az"da isə diqqəti "Karqo böhranı dərinləşir - sahibkarlar malsız qalıb" sərlövhəli məqalə cəlb edir.
 
Müəllif iş adamlarına istinadən Azərbaycana mal gətirilməsi sahəsində problemlər yaşandığını gündəmə daşıyır.
 
Müəllifin dediyinə görə, malların ölkəyə çatdırılması barədə problemlər olduğunu "Binə" ticarət mərkəzində topdansatış ilə məşğul olan mağaza sahibləri bildiriblər.
 
İş adamları bunun səbəbini izah edə bilmirlər: "Türkiyədən karqo daşımaları həyata keçirən şirkətlər yüklərin Azərbaycana daşınması üzrə sifarişləri qəbul etmirlər. Bütün karqolar İstanbulda mal qəbul etmirlər. Bir aydan çoxdur ki, mal gətirə bilmirik. Azərbaycana karqo daşımaları ilə məşğul olan ən böyük şirkətlər "Polar Kargo" və "Şah Kargo" şirkətləridir. Bu şirkətlər də mal qəbul etmirlər. Öncə 1 kq mal üçün 5 dollar ödəniş istədilər, sonradan sifarişdən imtina edərək malları gətirə bilməyəcəklərini dedilər".
 
Yazı müəllifinin sözlərinə görə, sahibkarlar yaranan problemin səbəbini bazarda gəzən şaiyəyə əsasən belə izah ediblər ki, hər kəs malı öz adına gətirməli, gömrükdə rəsmiləşdirməli,ödəmələri də özləri həyata keçirməlidir.
 
Müəllif deyir ki, bu halda sahibkarlar əlavə vəsait itkilərinə məruz qalcaqlarını söyləyirlər: "Belə olan halda 36% vergi alınacaq və əlavə daşıma üçün də ödəniş etməliyik. Bu hal baş verərsə, birinci bazar özü qanuni vergiləri ödəməlidir. Çünki sahibkarların bazara ödədikləri pul qarşılığında bazar sahibkarlara heç bir sənəd təqdim etmir".
 
Müəllif sahibkar olan fiziki şəxsə istinadən bidlirir ki, problem davam etməkdədir, belə ki, sahibkar "Polar Kargo"dan gözlədiyi malı 28 gündür ki, ala bilmir: "Şirkətə dəfələrlə müraciət etmişəm, şirkətdən isə "TIR-lar hamısı gömrükdədir, çıxarda bilmirik" cavabını verirlər. Fərdi olaraq verdiyim sifariş isə 28 gündür gömrükdədir".
 
Müəllif bildirir ki, mallarını gözləyən müştəri təkcə bu fərdi sahibkar deyil və malların nə vaxt alınacağı da bilinmir.
 
Yazı müəllifi deyir ki, məsələ ilə bağlı "Şah Kargo" şirkətilə əlaqə saxladıqda öncə rəhbərliyin qərarını gözlədikləri cavabı verilib, daha sonra digər bir şəxs isə heç bir problem olmadığını, əvvəki qiymət və qaydada sifarişləri qəbul etdiklərini bildirib.
 
Müəllif xatırladır ki, Türkiyədən Azərbaycana karqo daşımaları həyata keçirən "Polar Kargo" şirkətindən bir müddət öncə bildirilmişdi ki, Azərbaycanda gömrük rəsmiləşdirilməsi üçün yeni qaydada ödənişlər tələb edilir, bu səbəblə karqo qiymətlərinin qalxacağı gözlənilir.
 
Qeyd edək ki, karqo daşımaları ilə məşğul olan şirkətlər gömrük rəsmiləşdirməsini də özləri həyata keçirərək, malı qapıda müştəriyə təhvil verirlər. Bu fəaliyyətin qanunsuz olduğunu bildirənlər də var.(contact.az)
 

Google+ WhatsApp ok.ru