Dəməşq atəşə tutulub

Dəməşq atəşə tutulub

-- ölənlər və yaralananlar var

 Suriyanın paytaxtı Dəməşq atəşə tutulub.
 
Maide.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Suriyada Düşmənçilik edən tərəflərin barışdırılması Mərkəzinin rəhbəri, general-mayor Yuri Evtuşenko bildirib.
 
Onun sözlərinə görə, "Ceyş əl-İslam" terror qruplaşmasının silahlıları Duma yaşayış məntəqəsindən paytaxtın Düveylə, Əl-Baranki yaşayış kvartallarına və Muhayəm Əl-Vəfadin yaşayış məntəqəsində 4 mina atıblar. Atəş nəticəsində 6 dinc sakin həlak olub, daha 6 nəfər də xəsarət alıb.
 
Daha əvvəl terrorçuların açdığı atəş nəticəsində 1 nəfər həlak olub, daha 6 nəfər yaralanıb.

Google+ WhatsApp ok.ru