Dəhşətli soyuqlar 8 nəfərin canını alıb

Dəhşətli soyuqlar 8 nəfərin canını alıb

Bir neçə gündür ki, ABŞ-da davam edən dəhşətli soyuqlar 3 gündə 8 nəfərin ölümünə səbəb olub.
 
Maide.Az "Sputnik"ə istinadən xəbər verir ki, dəhşətli soyuq hava şəraiti ilə əlaqədar olaraq, ümumilikdə 280 uçuş təxirə salınıb.
 
Çikaqoda 12 yaşlı qız uşağı qarla oynayarkən üzərinə düşən qar uçqununun altında qalaraq dünyasını dəyişib.
 
Fövqəladə hava şəraiti ilə əlaqədar olaraq yollarda baş verən qəzalar da ölümsüz nəticələnməyib.
 
Qeyd edək ki, hazırda ABŞ-ın şimal-qərb ərazisində hava temperaturu -7 dərəcədir.
 
Metereoloqlar isə bildiriblər ki, mövcud hava şəraiti nəticəsində 74 milyondan artıq amerikalı mövsümün ən soyuq hava şəraitindən təsirlənib.

 

Google+ WhatsApp ok.ru