Dəhşətli bəla insan ayağı dəyməyən yerə də çatdı

Dəhşətli bəla insan ayağı dəyməyən yerə də çatdı

Arktika da çirklənməyə başlayıb

Dünyanın ən əlçatmaz yerlərindən biri sayılan Arktika da çirklənməyə başlayıb.
 
Maide.Az "Sputnik"ə istinadən xəbər verir ki, Arktikada kimyəvi maddələrin izləri tapılıb.
 
Kanadanın vəhşi təbiətin mühafizəsi xidmətinin əməkdaşları Nunavut regionunun Şahzadə Leopold adasında fırtınaquşu ailəsindən olan quşlardan birinin yumurtalarını götürüblər və yumurtada kimyəvi maddə izi aşkar ediblər. Tapılan maddələr daha çox plastikə əlavə edilir.
 
Güman edilir ki, quşlar bu maddəni balıq və ya digər dəniz canlılarını ovlayarkən udublar. Kimyəvi maddə daha sonra mədədən qana və oradan da yumurtaya keçib.
 
Alimlər deyir ki, tapılan kimyəvi maddələr harmonal balansı pozur. Bu maddələrin təhlükəli olduğu uzun müddətdir bilinir. Ona görə də, uşaq oyuncaqlarının hazırlanmasında bu maddədən istifadə qadağan edilib.
 
Aparılan araşdırmaya görə, dəniz quşlarının  90 faizdən çoxu kimyəvi maddələri udurlar. Təbiəti plastik maddələrdən qorumaq üçün 2030-cu ilə kimi plastik maddələri ləğv etmək planı nəzərdə tutulub.

Google+ WhatsApp ok.ru