Dərslər həftədə 3, 4 və 5 dəfə keçiriləcək 22 Yanvar 2021 12:09 Ölkə “Fevralın 1-dən etibarən mərhələli şəkildə təhsilin bərpa olunmasına qərar verilib. İbtidai təhsil və məktəbəqədər təhsil qismən bərpa olunur”. “Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Təhsil naziri Emin Əmrullayev deyib. “Fevralın 1-dən Bakı, Sumqayıt, Abşeron ibtidai təhsil, məktəbəhazırlıq, icma əsaslı qrupların fəaliyyəti mərhələli bərpa ediləcək. İri şəhərlərdə tədris həftədə 3 dəfə olmaqla, digər rayonlarda isə həftədə 4 və 5 dəfə olmaqla bərpa olunacaq-, nazir deyib. Onun sözlərinə görə, növbəti 2 həftə ərzində (1 fevraldan sonra) Ali Təhsil Müəssisələrinin və 5-9-cu siniflərdə təhsil bərpa edilə bilər: "Əsas vəzifəmiz tələsik açılışa gedib və tələsik bağlanışa getməməkdir". “Bakı şəhərində metropolitenin fəaliyyəti bərpa edilməyib. Növbəti mərhələdə bu qərar verilərsə, V-IX siniflərdə təhsilin əyani formada təşkili daha məqsədəuyğun olar. Xeyli sayda məktəb müəllimi və texniki heyət metrodan istifadə edir”, - deyə nazir bildirib. “Pandemiya dövründə 1 milyon şagird onlayn təhsildən aktiv istifadə edib. Həftədə 6 milyon dərs keçirilib”. O bildirib ki, hazırkı şəraitdən asılı olaraq, on minlərlə şagird keyfiyyətli təhsil ala bilməyib: “Bu, bizim seçimimiz yox, pandemiya şəraitində mümkün olan ən yaxşı nəticədir. Keyfiyyətli təhsil ala bilməyən şagirdlər teledərslərdən yararlana bilərlər”. Teqlər : #Dərslər,#həftədə,#və,#dəfə,#keçiriləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda fevralın 1-dən təhsil müəssisələrində tədris mərhələli şəkildə bərpa olunur Təhsil ilinin sonuna kimi tele-dərslər davam etdiriləcək - RƏSMİ