İŞİD şagirdlərə və müəllimlərə məcburi geyim tətbiq etdi

İraqda fəal olan İŞİD terror təşkilatı şagirdlər və təhsil işçilərinə Əfqanıstanda yayılmış yerli paltarı geyinmək zəruriliyi tətbiq edib.
 
Maide.az xəbər verir ki, "Əl-Aləm" kanalının Kərkükdə yerləşən yerli mənbəyə əsaslandığı xəbərdə, İŞİD terror təşkilatının Kərkükün cənub-qərbindəki Huveycə bölgəsindəki şagirdlərə, tələbələrə əfqan xalqının yerli geyimini geyinmək zəruriliyi tətbiq etdiyi bildirilir.
 
Sözügedən mənbə İraqda yayımlanan "Sumaria News" kanalına istinad etdiyi xəbərdə bildirir ki, İŞİD terror təşkilatı tələbələr və müəllimlərə sadəcə qara rəngdə paltarlar geymələrinin vacibliyini çatdırıblar. Bunun əksinə addım atanları isə əvvəlcə şallaq, sonra isə edam gözləyir.
 
Bundan əlavə İŞİD terror təşkilatı ailələrdən də əllərində olan qızıl və gümüşü təhvil vermələrini tələb edib. Buna səbəb isə yeni sikkələrin istehsalına başlamalarıdır. 

Google+ WhatsApp ok.ru