Daha 3 nəfər Ebolaya yoluxdu

Daha 3 nəfər Ebolaya yoluxdu

-- Ebola virusu barədə məlumatlar mayın 8-də yayılıb

Konqo Demokratik Respublikasında Ebola virusuna daha 3 yeni yoluxma halı qeydə alınıb.
 
Maide.Az "Trend"-ə istinadən xəbər verir ki, respublikanın iki şəhərdə ümumilikdə 14 nəfər bu xəstəliyə yoluxub.
 
Bundan başqa, 26 nəfərin virusa yoluxma şübhəsi ilə nəzarətə götürüldüyü bildirilir.
 
Qeyd edək ki, Konqo Demokratik Respublikasında növbəti dəfə Ebola virusu barədə məlumatlar mayın 8-də yayılmağa başlayıb. Bununla da, Ebola bu ölkədə 9-cu dəfə yayılır.
Qeyd edək ki, Ebola virusu ilk dəfə 1970-ci illərdə aşkar edilib.
 

Google+ WhatsApp ok.ru