Daha bir ölkə Suriyada savaşa başlayır

Daha bir ölkə Suriyada savaşa başlayır

-- Çin Suriyanın gələcəyində aktiv rol almaq istəyir

Çin Suriyadakı müharibədə bundan sonrakı müddətdə aktif iştirak edəcəyini açıqlayıb.
 
Maide.Az "Posta"ya istinadən xəbər verir ki, bu barədə Çinin Dəməşqdəki səfiri Şi Tsanzin bildirib.
 
O deyib ki, Çin Suriyanın gələcəyində aktiv rol almaq istəyir:
 
"Suriyanın yenidən qurulmasında ölkənin qanuni hökuməti ilə əməkdaşlıq edəcəyik. Bu istiqamətdə hər keçən gün dəstəyimiz artacaq"
 
Qeyd edək ki, Çin 2011-ci ildən davam edən Suriya müharibəsində aktiv iştirak etməsə də, beynəlxalq arenada Rusiya ilə birgə hərəkət edirdi.
 
Lakin, ABŞ-ı da qarşısına almamaq üçün BMT-də Suriya ilə bağlı keçirilən səsvermələrdə bitərəf qalırdı.
 

Google+ WhatsApp ok.ru