Daha bir əsgərin həlak olduğu bildirilir

Daha bir əsgərin həlak olduğu bildirilir

Tərtərin "N" saylı hərbi hissəsinin əsgəri, Sabirabad rayonu, Kürkəndi kəndinin sakini Zeynal Cəfərqulu oğlu Ələkbərovun həlak olduğu bildirilir.
 
Məlumatı Meydan TV-yə kənd sakinləri verib. Onlar 1998-ci il doğumlu Zeynal Ələkbərovun xidməti vəzifəsini yerinə yetirərkən həlak olduğunu deyiblər. 
 
Meydan TV xəbərin doğruluğunu yoxlamaq üçün Sabirabad rayonu Kürkəndi kəndinin icra nümayəndəsi Zülfəli Musayevlə əlaqə saxlayıb. Zülfəli Musayev məlumatı təsdiqləyib. O, əsgərin dünən, aprelin 30-da dəfn edildiyini deyib: 
 
“Onun hansı şəraitdə həlak olduğunu bilmirəm. Xidməti borcunu yerinə yetirərkən, hərbi hissədə olduğunu dedilər. Şəhidlik verilib-verilməyəcəyindən xəbərsizəm. Hərbçilər gətirmişdilər, xidməti avtomobildə”. 
 
Zülfəli Musayev Cəfərqulu Ələkbərovun hərbi xidmətə yanvarda çağrıldığını da söylədi. 
 
Müdafiə Nazirliyindən məlumat almaq mümkün olmayıb.
 

Google+ WhatsApp ok.ru