Daha bir avtobus marşrutunda dəyişiklik

Daha bir avtobus marşrutunda dəyişiklik

-- 31 nömrəli marşrut xətti...

31 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında dəyişiklik edilib.
 
Maide.Az bildirir ki, bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyi İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.
 
O qeyd edib ki, bundan sonra 31 nömrəli marşrut xətti üzrə avtobuslar Abbasqulu Abbaszadə və İzzət Nəbiyev küçələrindən də keçəcək:
 
“Dəyişiklik edilməsinə səbəb, qeyd edilən ünvanlarda yaşayan sakinlərin Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətləri olub. Belə ki, məskunlaşma yerlərinin olmasına baxmayaraq, qeyd edilən küçələrdən hər hansı bir marşrut xətti keçmirdi”.
 
M.Ağayevin sözlərinə qarşıdakı 10 gün ərzində 31 nömrəli marşrut xətti üzrə avtobusların yenilənmiş sxem üzrə hərəkəti test ediləcək.
 

 

Google+ WhatsApp ok.ru