Daha 13 fələstinli həbs edildi

İsrail rejiminin polisi Qurban bayramı günü də həbsləri dayandırmır

Maide.az xəbər verir ki, İsrail rejiminin polis sözçüsü Lupa Samri tərəfindən yayımlanan yazılı açıqlamada, Şərqi Qüdsdə gecə saatlarında "daş və şüşə partlayıcı ataraq dövlət rejimini pozduqları" iddiası ilə 9-u uşaq olmaqla 13 nəfərin həbs edildiyini bildirib. Açıqlamada daha çox adamın həbs ediləcəyinin gözlənildiyi vurğulanıb.
 
İsrail rejiminin daxili təhlükəsizlik naziri Gilad Erdan Knessetdəki çıxışında polisin keçən həftə Qüdsdə 66 fələstinlini həbs etdiyini bildirmişdi.

Google+ WhatsApp ok.ru