Daha bir şəhərdən Bakıya avtobus reysiaçıldı

Daha bir şəhərdən Bakıya avtobus reysiaçıldı

Azərbaycan tərəfinin təşəbbüsü ilə Bakıdan Simferopola müntəzəm avtobus reysləri açılıb.

Maide.Az "Sputnik "ə istinadən xəbər verir ki, bu barədə RİA Novosti-yə "Krımavtotrans" şirkətinin rəhbəri İqor Korobçuk deyib.

"Bakıya reyslər keçən ay açılıb. Daşıyıcılar reysi həftədə bir dəfə həyata keçirəcəklər", - deyə Korobçuk bildirib.

O, həmçinin deyib ki, Belarusa da avtobus daşımalarının təşkil olunacağı gözlənilir.

"Minsk istiqamətində daşımalar hələ başlamayıb. Hazırda Moskvadan sənədlərin alınması məsələsi həll olunur", - Korobçuk deyib.

Google+ WhatsApp ok.ru