Daha bir 'Gəncə məhbusu' azadlığa buraxılıb

Daha bir 'Gəncə məhbusu' azadlığa buraxılıb

Gəncə hadisələrinə görə həbs olunub, 6 ildən 9 ilə qədər həbs cəzası almış 7 nəfərdən biri - Elvin Əliyev məhkəmə zalından azadlığa buraxılıb.
 
Bu, avqustun 23-də Bakı Apellyasiya Məhkəməsində olub. Amma bu 7 nəfərin haqqında qərarı Gəncə Apellyasiya Məhkəməsinin hakimləri verib.
 
Qərara əsasən, məhkəmə E.Əliyevə 1 il cəza təyin edib, bu müddət də tamam olduğuna görə azadlığa buraxılıb.
 
Məhkəmə digər altı nəfərdən üçünün cəzasını 2 ilə, qalan üçününkünü də 5 ilə endirib. Təqsirləndirilən şəxslərə CM-in 220.2 (kütləvi iğtişaşlar) və 315.2 (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddələriylə verilən ittihamlar həmin maddələrin birinci bəndinə tövsif olunub. Yalnız 315-ci maddə ilə təqsirləndirilənlərə 2, digərlərinə isə 5 il cəza verilib.
 
 

 

Google+ WhatsApp ok.ru