Daha bir MTN generalı təftiş olunur

Maliyyə Nazirliyi Nizaməddin Həmidovun fəaliyyətini araşdırır
 
MTN-nin Maddi-texniki təminat Baş İdarəsinin rəisi general Nizaməddin Həmidovun fəaliyyəti Maliyyə Nazirliyi tərəfindən təftiş olunmaqdadır. Bu barədə özəl mənbə məlumat verib. Mənbənin sözlərinə görə, “MTN işi” çərçivəsində Eldar Mahmudov komandasının fəaliyyətinin ən müxtəlif istiqamətlərdə təftişi həyata keçirilir ki, bunlardan da biri N.Həmidovun rəhbərlik etdiyi Maddi-texniki təminat Baş İdarəsini əhatə edir. Aparılan maliyyə təftişində məqsəd MTN-ə ayrılan vəsaitlərin nə dərəcədə səmərəli xərcləndiyini müəyyənləşdirmək, şişirdilmiş xərclərə yol verilib-verilmədiyini dəqiqləşdirməkdir.
Mənbənin bildiriyinə görə, MTN-nin sözügedən idarəsində nələrin baş verdiyi, büdcə vəsaitlərini hara sərf edildiyi, nə dərəcədə səmərəli xərcləndiyi, korrupsiya elementlərinin olub-olmadığı kimi məsələlələr aparılan təftişin sonunda bəlli olacaq. N.Həmidovun aqibətinin də bu təftişin nəticəsinə uyğun olaraq müəyyənləşəcəyi iddia olunur. Moderator.az /
 

Google+ WhatsApp ok.ru