Daha bir qaradərili ABŞ polisinin əlində can verdi

ABŞ polisi Nyu-Yorkda daha bir qaradərilini güllələyərək, qətlə yetirib.
 
Maide.az xəbər verir ki, Nyu-York Polis Departamenti Devid Baril adlı 30 yaşlı qaradərilinin çərşənbə günü bir polis zabiti tərəfindən güllələnərək, qətlə yetirildiyini açıqlayıb. 
 
Buna baxmayaraq bəzi mənbələr Barilin xəstəxanada və vəziyyətinin xeyli ağır olduğunu bildirirlər. 
 
Hadisə şahidlərindən olan Antoni Uqradi "Nyu-York Tayms" qəzetinə deyib ki, polis Barilə üç dəfə atəş açıb. 
 

Google+ WhatsApp ok.ru