Daha bir İranlı zabit İraqda şəhid olub

İslam İnqilabı Keşikçilər Korpusunun (Sepah)  "Bəsic" könüllü qüvvələrinin üzvü Mehdi Novruzi İraqın Samirra şəhərində İŞİD-lə mübarizədə şəhid olub.
Maide.az-ın İranın tabnak agentliyinə istinadən məlumatına görə, M.Novruzi İranın Kirmanşah  şəhərinin şəhid Timurniya adına "Bəsic" könüllü qüvvələrinin komandirlər şurasının üzvi olub.
Məlumata görə, şəhid M.Novruzi bundan öncə Suriyada İŞİD-lə mübarizə aparıb, daha sonra isə İraqa gəlib və Samirra şəhərində mübarizəsini davam etdirib.
Qeyd edək ki, dekabrın sonunda  İran İslam İnqilabı Keşikçilər Korpusu (Sepah) -n Ramazan Qərargahının sabiq komandiri, briqada generalı Həmid Təqəvi İraqın Samirra şəhərində İŞİD terror qruplaşması ilə mübarizə zamanı şəhid olmuşdu. /



 

Google+ WhatsApp ok.ru