Daha bir rayonda su böhranı

Daha bir rayonda su böhranı

"Oxu.az"da "Daha bir rayon su böhranı ilə üz-üzədir" sərlövhəli məqalədə müəllif Biləsuvar rayonunda su problemi yaşandığını diqqətə çatdırır.

 
Müəllif deyir ki, Cənub-Muğan kanalının Biləsuvar rayonundan keçən hissəsində su azalıb, rayonun Ağalıkənd, Əmənkənd, Ovçubərə, Yuxarı Cürəli və Təzəkənd kəndlərində su çatışmazlığına səbəb olub.
 
Yerli sakinlərin sözlərinə görə isə, son bir ayda adları çəkilən bu kəndlərə su fasilələrlə verilib: "Artıq bir neçə gündür ki, Cənub-Muğan kanalının qeyd olunan kəndlərdən keçən ərazisində su tamamilə quruyub. Sakinlər içməli su, eyni zamanda kənd təsərrüfatında əkin və mal-qara üçün zəruri olan su ehtiyatlarını tapmaqda çətinlik çəkirlər".
 
Müəllif deyir ki, Cənub-Muğan kanalı 1960-cı ildə istismara verilib, uzunluğu 65 kilometrdir. Mənbəyini Araz çayından götürür, Azərbaycanın üç rayonunda - İmişli, Biləsuvar və Cəlilabad rayonunda yerləşir. Son vaxtlar Kür çayında suyun səviyyəsinin aşağı enməsi Xəzər dənizi sularının çaya tökülməsinə səbəb olub.
 
Məqalədə Xəzərin suyunun Kürə qarışması Neftçala rayonunda içməli və suvarma sularının çatışmazlığı problemi yaradıb. Bu da rayonda ciddi ekoloji təhlükənin olması deməkdir. İlkin məlumata görə, dəniz suyu 30 kilometr məsafədə Kür çayına qarışıb. Neftçala şəhərinin özündə, daha iki qəsəbə və 7 kəndində (Sübh, Qırmızı Şəfəq, Yenikənd, 1 və 2 nömrəli Mayak, Bankə qəsəbəsi, Kürkənd, Uzunbabalı, Şirvanlı, Tatarməhlə kəndlərinin və şəhər mərkəzi) əhali sudan istifadə baxımından çətin durumda qalıb.

Google+ WhatsApp ok.ru