Daha bir senator Trampa rəqib oldu

Daha bir senator Trampa rəqib oldu

Nyu-York ştatının senator Kirsten Gillibrand 2020-ci ildə keçiriləcək prezident seçkiləri üçün namizədliyini açıqlayıb.
 
Maide.Az “Gazeta.ru”ya istinadən xəbər verir ki, o, hazırki hökumətin “korrupsiya və acgözlüyünə” son qoymaq, həmçinin, səhiyyə və təhsil sistemində islahatlar etmək niyyətində olduğunu bildirib.
 
Qeyd edək ki, daha öncə Nümayəndələr Palatasının üzvü Tulsi Qabbard, Massaçusets ştatının senatı Elizabet Uorren və Barak Obamanın prezidentliyi dövründə Mənzil və Şəhsalma naziri olmuş Xulian Kastro da Donald Trampa rəqib olacaqlarını elan ediblər.

Google+ WhatsApp ok.ru