Daha bir süpürgəçi qadını maşın vurub öldürdü

Daha bir süpürgəçi qadını maşın vurub öldürdü

Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin işçisini avtomobil vuraraq öldürüb.
 
"Report"un məlumatına görə, hadisə axşam saatlarında şəhərin Üzeyir Hacıbəyli küçəsində baş verib.
 
"Mercedes-Benz" markalı avtomobil tərəfindən vurulan piyada (süpürgəçi) ağır xəsarət alaraq hadisə yerində ölüb.
 
Faktla bağlı araşdırma aparılır.
 

Google+ WhatsApp ok.ru