Daha bir süpürgəçini maşın vurub öldürdü - Video - YENİLƏNİB

Daha bir süpürgəçini maşın vurub öldürdü - Video - YENİLƏNİB

Sürücü saxlanılıb

Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov “Report”a bildirib ki, bu gün səhər saatlarında paytaxtın Qara Qareyv prospektində Vurğuz Yavər oğlu Şirinovun idarə etdiyi “Hyundai” markalı, 90 BX 135 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi yolda təmizlik işləri aparan, 1948-ci il təvəllüdlü Bəsti Dostəli qızı Eyvazovanı vurub.
 
Qadın hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Nizami rayon Polis İdarəsi tərəfindən cinayət işi başlanıb, istintaq aparılır.
 
Hadisəni törədən sürücü saxlanılıb.
***
Səhər saatlarında Bakının “Neftçilər” Metrostansiyası yaxınlığında  süpürgəçi qadını maşın vurub.
 
Maide.Az "Bakutv-"ə istinadla xəbər verir ki, hadisə şahidinin sözlərinə görə, servis maşınının törətdiyi qəza nəticəsində təxminən 50 yaşlarında olan qadın dünyasını dəyişib.
 
 
 

Google+ WhatsApp ok.ru