Daha bir Türkiyə təyyarəsi İranda təcili eniş etdi

Daha bir Türkiyə təyyarəsi İranda təcili eniş etdi

Türkiyənin Pegasus hava yollarına məxsus təyyarə bu gün səhər İranın İsfahan şəhər hava limanında təcili eniş etdi. 
 
Maide.Az İRNA-ya istinadən xəbər verir ki, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətində problemin yaranması olub. 
 
İranın İsfahan şəhər şəhid Behişti adına hava limanının mətbuat xidməti  bildirib ki, Türkiyədən Bəhreynə uçan təyyarədə sərnişinlərdən birinin səhhətində problem yaşandığı üçün İsfahan hava limanına təcili eniş etmişdir. Xəstəyə tibbi yardım göstərildi və səhhəti yaxşılaşdıqdan sonra təyyarə Bəhreyn istiqamətində uçuşunu davam etdirdi. 
 
Qeyd edək ki,  yanvar ayının sonunda da Kuveytdən İstanbula uçanTürkiyə hava yollarına məxsus təyyarədə texniki nasazlıq yarandığı üçün İranın Kirmanşah şəhər hava limanına təcili eniş  etmişdi.
 
 

Google+ WhatsApp ok.ru