Daş hasarlardan o yana işləməyən qanunlar

Daş hasarlardan o yana işləməyən qanunlar

“Hasara alınmış Xəzər – dənizi necə xilas etməli?”, Bu sualı “Müsavat.com” irəli sürür.
 
Müəllif deyir ki, Abşeron yarımadasının Xəzərsahili əraziləri başdan-başa hasarlanıb, mətbuat uzun illərdir ki, bundan yazır, parlamentdə bu barədə danışılır, amma, hələ ki bundan fayda yoxdur:  “Hər yay Xəzərsahili ərazilərin daş hasarlardan təmizlənməsi məsələsi gündəmə gəlir, haray-qışqırıq ərşə çıxır, hasarları isə sökən tapılmır. Sanki Azərbaycan qanunları Xəzər sahilində başdan-başa çəkilən hasarlara qədər qüvvədədir. Hasar başladısa, qanunlar qüvvəsini itirir”.
 
Müəllifə görə, kimlərsə, xalqın üzünə hasar çəkərək 2-3 kilometrlik ərazini mal-mülklərnə qatıblar. Vaxt var idi şəhərin maşın səslərindən, hay-küyüyndən bezənlər Xəzərə tamaşa etməklə sakitləşirdilər, indi isə artıq Xəzər sahilinə gələn yoxdur, çünki “sahil” yoxdur.
 
Müəllif hesab edir ki, Xəzər sahili bahalı əyləncəyə dönüb: “Dəniz sahili boyunca uzanan hasarları cəmiyyətdəki anormal təbəqələşmənin simvolu da hesab etmək olar...Görünən odur ki, rəsmilər hasar sahibləri ilə yola gedir, qanunlar isə hasarlara çatanda şah ola bilmir”.
 
Müəllif xatırladır ki, Azərbaycanda Xəzərlə bağlı qanunlar çoxdur, hər il də artır, amma oliqarxlara anlatmaq olmur ki, dəniz sahili bütün vətəndaşlara aiddir.
 

 

Google+ WhatsApp ok.ru