Daşkəsəndə əsən güclü külək elektrik enerjisinin verilişində fasilə yaradıb

Daşkəsəndə əsən güclü külək elektrik enerjisinin verilişində fasilə yaradıb

Daşkəsəndə əsən güclü külək elektrik enerji təchizatında fasilə yaradıb.

 

Verilən məlumata görə, bu gün axşam saatlarından başlayaraq qərb bölgəsində müşahidə olunan küləkli hava şəraiti Daşkəsəndə fəsadlar yaradıb.

 

Rayon İcra Hakimiyyəti aparatından verilən məlumata görə külək Daşkəsən şəhərində bir neçə yerdə elektrik dirəklərini yerə yıxıb və naqillər qırılıb. Nəticədə şəhərə elektrik verilişində fasilə yaranıb. Hazırda enerji təchizatının bərpası istiqamətində iş aparılır. İcra Hakimiyyətindən bildirilib ki, tikililərin ziyan görməsi barədə hələ ki heç bir məlumat daxil olmayıb. (apa) /

Google+ WhatsApp ok.ru