Dağlıq Qarabağ münaqişəsi İƏT Parlament İttifaqı Konfransının iclasında müzakirəyə çıxarılacaq

Yanvarın 24-25-də İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının 11-ci sessiyası keçiriləcək.
Milli Məclisdən APA-ya verilən məlumata görə, deputatlar Gövhər Baxşəliyeva və Mirkazım Kazımov tədbirdə iştirak etmək üçün İraqın paytaxtı Bağdad şəhərinə səfər edəcəklər.
 
Toplantıda terrorizm və ekstremizmlə mübarizə, Fələstində son hadisələr, Suriyada humanitar vəziyyət, Sudan, Somali, Mali və Çadda siyasi durum, miqrasiya və qaçqınlar problemi, Kipr, Hindistanın Cammu və Kəşmir ştatları və Myanmadakı vəziyyət, Krımda müsəlman tatarların durumu ilə bağlı mövzular ətrafında müzakirələr aparılacaq.
 
Sessiyada Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı ilə əlaqədar məsələyə də baxılacaq.
 
Səfər yanvarın 26-da başa çatacaq /.

Google+ WhatsApp ok.ru