Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşən şəxslərin sayı açıqlanıb 07 Fevral 2019 12:35 Qarabağ xəbərləri "Hazırda bizdə olan məlumata görə, Dağlıq Qarabağ münaqişəsi zamanı müxtəlif millətlərin nümayəndəsi olan 4500 nəfər itkin düşüb". Maide.Az "Report"a istinadla xəbər verir ki, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin ( BQXK ) İtkin düşən şəxslərlə iş proqramının koordinatoru Daniel Messerli deyib. O bildirib ki, həmin şəxslərdən 3800 nəfəri BQXK-nin Bakı nümayəndəliyi tərəfindən qeydə alınıb: "Qalanları isə Yerevan nümayəndəliyi və Dağlıq Qarabağ missiyası tərəfindən qeydə alınıb. İtkin düşən şəxslərin 80%-i hərbçilərdir". D.Messeri əlavə edib ki, BQXK həyata keçirdiyi bütün layihələri müvafiq dövlət orqanları ilə birlikdə hazırlayır: "Toplanan məlumatlar Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında qeydiyyata alınır. Gələcəkdə eksqumasiya zərurəti yaranarsa həmin baza məlumatlarından istifadə ediləcək". Teqlər : #Dağlıq,#Qarabağ,#münaqişəsi,#zamanı,#itkin,#düşən,#şəxslərin,#sayı,#açıqlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiya XİN: Dağlıq Qarabağ danışıqları həqiqi nəticə verməlidir İran səfiri: ‘Dağlıq Qarabağ münaqişəsi regiondakı bütün ölkələrin mənafeyinə xələl gətirir’
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni