Danimarka 25 ildən sonra ilk dəfə neft alacaq

Danimarka 25 ildən sonra ilk dəfə neft alacaq

Danimarka Energetika Agentliyi ölkənin 1993-cü ildən sonra ilk dəfə neft idxalatçısı olacağını açıqlayıb.
 
Maide.Az “Posta”ya istinadən xəbər verir ki, Agentlik Danimarkanın Avropa İttifaqı daxilində yeganə neft və qaz ixracatçısı olduğunu, bunun 2035-ci ilə qədər də davam edəcəyini bildirib.
 
Lakin, bu ilin sonundan etibarən bəzi neft yataqlarının işlədilməsinin sonrakı illərə təxirə salınması səbəbindən istehsalat azalacaq. Nəticədə ölkənin tələbatı istehsalı üstələyəcək. Bu vəziyyətdə Danimarka başqa ölkələrdən neft və qaz idxal etmək məcburiyyətində qalacaq.
 
Qeyd edək ki, Danimarka 25 ildir Avropa İttifaqı ölkələrinə neft və qaz ixrac edir.
 

Google+ WhatsApp ok.ru