Danimarka bu dəfə örnək oldu: “Xoş gəldiniz qaçqınlar”

Danimarkada 500 nəfərlik qrup ölkəyə sığınan suriyalı qaçqınları qarşılayıblar.
Maide.az “TRT Xəbər”ə istinadən xəbər verir ki, Danimarkanın paytaxtı Kopenhagendə bir parkda toplaşan 500 nəfərlik qrup suriyalı qaçqınları “Refugees welcome / Xoş gəldiniz qaçqınlar” şüarı ilə qarşılayıblar.
Qaçqınlara sığınacaq verməyərək onları sərhəd qapılarında gecələmələrinə göz yuman bir çox Avropa ölkələrindən fərqli olaraq Danimarkanın bu addımı həmin ölkələrə örnək hərəkət olub.
Qaçqınları qarşılayan qrupun rəhbəri Lalah Sitez açıqlamasında bildirib ki, Danimarkada qaçqınları rəğbətlə qarşılayanların sayı daha çoxdur.
“İnsanlar kənardan baxanda Danimarkanı ən irqçi ölkəsi olaraq görür. Bunu edən siyasətçilərdir. Amma biz danimarkalılar qaçqınlara qapılarımızı açdığımı göstərmək istəyirik”.
Qeyd edək ki, Danimarkada daha öncə bir neçə dəfə İslam dinin və Məhəmməd Peyğəmbəri (s.a.s) təhqir edən karikaturalar və açıqlamalar olub./

Google+ WhatsApp ok.ru