Danimarkada donuz ətindən istifadə məcburi elan olundu

Danimarkanın Randers şəhərində qaçqınların şəhərə axının qarşısını almaq məqsədi ilə məktəblərdə, uşaq baxçalarında və qaçqınların məskunlaşdığı yerlərdə donuz ətinin yeyilməsi məcburi elan olunub. 
Maide.az xəbər verir ki, Randers şəhər şurasının üzvi Frank Norqar deyib ki, bu addım donuz ətindən istifadəni “Danimarka yemək mədəniyyətinin əsas parçası” kimi qorunub saxlanılması məqsədi ilə atılıb.  
Danimarka dünyada donuz əti istehsal edən önəmli ölkələrdən biridir, lakin donuz ətinin yeyilməsi İslam dinində haramdır. 
Danimarka ilk dəfə deyil ki, İslam dinin qaydalarına zidd qərarlar qəbul edir. 2013-cü ildə də bu ölkənin bəzi uşaq baxçalarında donuz ətinin əvəzinə halal ətdən istifadə edilməsi o vaxtkı baş nazir Helle Torninq-Şmitt tərəfindən tənqid olunmuşdu. 
Danimarka hökuməti bir həftə öncə elan etdi ki, qaçqınlara qarşı qaydaları sərtləşdirəcək. 
2015-ci ildə 20 min nəfər qaçqın Danimarkadan sığınacaq almaq üçün ad yazdırıb. 
Danimarkadan sığınacaq almaq istəyən qaçqınların əksəriyyəti Qərbi Asiya (Yaxın Şərq)  və Afrikadan olan müsəlmanlardır. /
 
 
 

Google+ WhatsApp ok.ru