Danimarka Suriyadakı İŞİD-çilərə işsizlik müavinəti verir

Suriyada terror hərəkətləri törətməkdə olan İŞİD-in 32 danimarkalı üzvü Danimarka dövlətindən yarım milyon avro məbləğində işsizlik müavinəti alır.
Maide.az xəbər verir ki, yerli radio bildirib ki, İngiltərədə çıxan İndipendent qəzetində nəşr olunmuş işlər araşdırıldıqdan sonra məlum olub ki, Suriyada vuruşan 32 İŞİD-çi danimarkalı işsiz şəxslər nağd yardımlar qanununun çətiri altındadırlar.
Məlumata görə, terrorçular Suriyada döyüşdə olduqları halda təqribən yarım milyon avro məbləğində işsizlik müavinəti alıblar.
Bu qəzet Danimarkanın rəsmi televiziyasına istinadən  qeyd edib ki, Danimarka Kəşfiyyat Təşkilatı bu halları  ölkənin Əmək Nazirliyinə xəbər verib.
Danimarkanın rəsmi televiziyası iddia edib ki, bu şəxslər məsul şəxslərin onların yaşayış məkanlarından məlumatsız olduqlarına görə işsizlik müavinəti almaqda davam edirmişlər.
Danimarkada işsizlik sığortası qanunu digər ölkələrlə müqayisədə işsiz şəxsə maksimum yardım göstərir. Belə ki, bu qanuna əsasən, işsiz şəxslərə müavinət ödənilir və bu qanuna şamil olan şəxslər hər gün təqribən 120 dollar alırlar./

Google+ WhatsApp ok.ru