Daşınmaz əmlak bazarında qiymətlər artır

Kirayə mənzil bazarında təkcə iyul-avqust aylarında 6 % artım qeydə alınıb. Artımın sentyabrda daha da qalxması ehtimal olunur. Artıq bölgələrdən paytaxta tələbə axını var. Ali təhsil ocaqlarının, metro çıxışlarının yaxınlıqlarındakı evlərin kirayə qiyməti daha çoxdur. 
 
Ekspert Nüsrət İbrahimov: “Tələbələr metro çıxışlarındakı evlərə üstünlük verirlər. Universitetə yaxın olsun deyə. Burada 1 otaqlı ev 350-400, 2 otaqlı 450-500, 3 otaqlı 500-dən yuxarı. Burdakı evlərin qiyməti digər yerlərdəkinə nisbətən 20-100% ə qədər dəyişə bilər. Məsafədən asılı olaraq”.
 
Qiymət artımı bununla bitmir. İlin sonunadək daşınmaz əmlak və mənzil bazarında da qiymətlərin 3% -ə qədər artacağı gözlənilir. 
 
Ekspertin sözlərinə görə, bu il ötən illə müqayisədə təklif edilən evlərin sayı daha azdır. Bu da qiymət artımına gətirib çıxarır. 

Google+ WhatsApp ok.ru