Daşınmaz əmlak bazarında aktivlik 23,4 faiz azalıb

2016-cı ilin I rübündə Azərbaycanda  37 345 daşınmaz əmlak obyektinə mülkiyyət hüququ qeydiyyata alınıb. 2015-ci ilin eyni dövrü ilə müqayisədə daşınmaz əmlak bazarında aktivlik 23,4 faiz azalıb, deyə Əmlak Məsələləri Dövlət Komitəsi bildirir.
 
İlkin daşınmaz əmlak bazarında əməliyyatlar təkrar bazara nisbətən (-29,6 faiz) daha zəif templə (-3,1 faiz) azalıb. Amma bu ilin yanvar-martında təkrar bazarda daşınmaz əmlak obyektlərinin alqı-satqı əməliyyatları ilkin bazarda daşınmaz əmlak obyektlərinə mülkiyyət hüququ qeydiyyatı statistikasından (10 991) 2,5 dəfə çox olub.
 
Başqa daşınmaz əmlak növlərindən fərqli olaraq, deyilən dövrdə investorların qeyri-yaşayış obyektlərinə marağı artıb. İlin əvvəlindən 3 ayda 826 qeyri-yaşayış obyektinə mülkiyyət hüququ qeydiyyata alınıb. Bunun  675-i Bakıdadır.
 
Daşınmaz əmlak üzrə əməliyyatların torpaq sahələrinin payına düşür (18 min).
 
Daşınmaz əmlak bazarında aktivliyin azalması işgüzar və iqtisadi aktivliyin ümumi azalması fonunda baş verir. (Turan İA)
 

Google+ WhatsApp ok.ru