Danışılmış oyunlarda iştirak edən 22 futbolçu ömürlük cəzalanıb

Danışılmış oyunlarda iştirak edən 22 futbolçu ömürlük cəzalanıb

Hazırda araşdırmalar getdiyindən, adlar açıqlanmır
 
Bakı. 15 fevral. REPORT.AZ/ Danışılmış oyunlarda iştirakları ilə əlaqədar 22 futbolçu ömürlük diskvalifikasiya olunub. "Report"un məlumatına görə, bu barədə Asiya Futbol Konfederasiyası qərar qəbul edib.
 
Əsasən, Laos və Kambocadan olan oyunçular arasında karyerasını başa vuranlar da var. Onların yerli çempionatlarda danışılmış oyunlarda iştirak etdikləri bildirilir. Bu barədə müvafiq milli assosiasiyalar da məlumatlandırılıb. 
 
FİFA-nın sanksiyaları beynəlxalq miqyasda genişləndirməsinin mümkünlüyü bildirilir. 

Google+ WhatsApp ok.ru