İdarə rəhbəri: İmam Rzanın (ə) hərəmində azərbaycanlı və rusdilli zəvvarlara xüsusi xidmətlər nəzərdə tutulub

İdarə rəhbəri: İmam Rzanın (ə) hərəmində azərbaycanlı və rusdilli zəvvarlara xüsusi xidmətlər nəzərdə tutulub

İmam Rza (ə) hərəmində azərbaycanlı və rusdilli zəvvarlar üçün xüsusi xidmətlər göstərilir.  Bunu Maide.Az-a açıqlamasında İmam Rza (ə) hərəminin əcnəbi zəvvarlarla iş üzrə idarənin rəhbəri Məhəmmədrza  Rzayi deyib.
 
M.Rzayi  deyib ki, gündəlik  Azərbaycan Respublikasından  çox sayda zəvvar  Məşhəd şəhərinə ziyarətə gəlir ki, Müqəddəs Hərəmin Qəyyumluq İdarəsi bu əziz zəvvarların rifahını təmin etmək məqsədi ilə bir sıra proqramlar həyata keçirir.  
“Müqəddəs ziyarətgahın “Qədir” eyvanı azərbaycanlı zəvvarlar üçün ayrılıb. Burada azərbaycanlı və rusdilli zəvvarlara azərbaycan və rus dillərində tərcüməçilik xidməti göstərən şəxslər ayrılıb. Onların dini suallarını cavablandırır və həmçinin onlara müqəddəs ziyarətgahla bağlı məlumatlandırırlar”. 
 
O əlavə edib ki, "Qədir" eyvanında azərbaycanlı və rusdilli zəvvarlar üçün dini xütbələr, rövzə və mərsiyyələr oxunur.  Camaat namazları və əzadarlıq məclisləri təşkil olunur. “Kəramət ongünlüyündə və xüsusi ilə İmam Rzanın (ə) mövludu günü üçündə özəl proqramlarımız var, onlardan sual-cavab və yarışların keçirilməsini və yarış qaliblərinin mükafatlandırılmasını deyəbilərəm”. 
 
M. Rzayi deyib ki, Azərbaycan və Rus dillərinə müxtəlif kitablar tərcümə olunub və zəvvarlar öz dini biliklərini artırmaq üçün bu kitablardan istifadə edə bilərlər.
 
 

Google+ WhatsApp ok.ru