Dağıstanda 5 nəfər donuz qripindən ölüb

Dağıstanda pnevmoniyadan ölən 5 nəfərdə donuz qripi aşkar edilib.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Dağıstan Səhiyyə nazirliyinin mətbuat xidmətinin rəhbəri Zarina Aqamadova bildirib.
 
“Respublikada pnevmoniya xəstəliyindən ölən 5 nəfərdə donuz qripi aşkar edilib. Onlardan biri uşaqdır. Ölənlərdən 4-ü Mahaçqala, 1 isə İzberbaş şəhər sakinidir”, deyə Z. Aqamadova qeyd edib.
 
Onun sözlərinə görə, dekabrın 1-dən Dağıstanda 68 nəfərdə donuz qripinə yoluxma halları qeydə alınıb./

Google+ WhatsApp ok.ru