Dağıstanda çirklənmiş sudan zəhərlənənlərin sayı 70-i ötüb 13 Yanvar 2021 12:38 Hadisə Dağıstanda zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilənlərin sayı 71 nəfərə çatıb. APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, zəhərlənənlərdən 61 nəfəri uşaqdır. Bildirilib ki, kütləvi zəhərlənmə çirklənmiş sudan baş verib. Faktla bağlı cinayət işi başlanıb. Qeyd edək ki, bundan öncə 50 nəfərin zəhərləndiyi bildirilmişdi. Zəhərlənmiş uşaqların vəziyyəti həkimlər tərəfindən orta dərəcədə qiymətləndirilib. Onlarda hərarət və ürək bulanması müşahidə edilir. Dağıstanın Səhiyyə naziri vəzifəsini icra edən Tatyana Belyaeva da xəstəxanaya gəlib. Teqlər : #Dağıstanda,#çirklənmiş,#sudan,#zəhərlənənlərin,#sayı,#70i,#ötüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qubustanda zavodda baş vermiş partlayışla bağlı cinayət işi açılıb İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb- FOTO/YENİLƏNİB