Dağıstanın daha 2 rayonunda antiterror əməliyyatı rejimi tətbiq edilib

Dağıstanın daha 2 rayonunda yerli vaxtla saat 06:00-dan etibarən antiterror əməliyyatı rejimi tətbiq edilib.
 
Maide.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə milli antiterror Komitəsinin nümayəndəsi bildirib. Onun sözlərinə görə, xüsusi rejim Buynaks və Qarabudaxkənd rayonlarında tətbiq edilib.
 
Adıçəkilən rayonlarında silahlıların yaxalanması və zərərsizləşdirilməsi üzrə əməliyyat aparılır.
 
Qeyd edək ki, ötən axşam Tabasaran rayonunda da antiterror əməliyyatı rejimi tətbiq edilib.

Google+ WhatsApp ok.ru