Dağıstanın ombudsmanı Qullarda çadır düşərgəsindəki azərbaycanlılarla görüşüb

Dağıstanın ombudsmanı Qullarda çadır düşərgəsindəki azərbaycanlılarla görüşüb

Dağıstanın insan hüquqları üzrə müvəkkili Camal Əliyev Qullar kəndi yaxınlığında çadır düşərgəsində olan və dövlət sərhəddindən keçməyi gözləyən Azərbaycan vətəndaşları ilə videokonfrans əlaqəsi rejimində görüş keçirib.

 
Bu barədə RİA agentliyinə ombudsmanın mətbuat xidmətindən məlumat verilib.
 
Söhbət zamanı Azərbaycan vətəndaşları Azərbaycan tərəfindən sərhəddən keçmək üçün vətəndaşların siyahılarının formalaşdırılması qaydasından narazılıqlarını bildiriblər.  Belə ki, 2 aydan artıq düşərgədə olan şəxslər həmin siyahılara düşə bilmirlər.
 
Vətəndaşlardan biri C.Əliyevə bildirib ki, ciddi xəstədir və Dərbənd xəstəxanasında ona epilepsiya diaqnozu qoyulub (təsdiqedici sənədlər var). Bununla əlaqədar tezliklə Azərbaycana qayıtmasına yardım göstərilməsini xahiş edir.
 
C.Əliyev bu və digər məsələlərlə bağlı Azərbaycanın ombudsmanına müraciət göndərib.
 
Qeyd edək ki, hazırda dövlət sərhəddində 400-ə yaxın vətəndaş Azərbaycana keçəcəyini gözləyir. /contact.az /

Google+ WhatsApp ok.ru