Dava-dərman xərcləri 40 faiz artıb 19 Yanvar 2021 11:49 Ölkə 2020-ci ildə istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatlara 748.9 mln. manat xərcləyib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Qurumdan verilən məlumata görə, bu göstərici 2019-cu il ilə müqayisədə 40.5 faiz artıb. 2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2 milyondan çox şəxsin vəfat etdiyi bildirilir. İndiyədək Azərbaycanda isə 227 min 273 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 min 9 nəfərin vəfat etdiyi açıqlanıb. /azadliq.og/ Teqlər : #Davadərman,#xərcləri,#faiz,#artıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanla İran arasında preferensial (tərcihli) ticarət haqqında saziş gələn ay imzalancaq Təhsil Nazirliyindən məktəblərdə dərslərin bərpası ilə bağlı açıqlama