Davam edən kollektor özbaşınalığı

Davam edən kollektor özbaşınalığı

-- kollektorların özbaşınalığı vətəndaşların passivliyindən yaranır, belə ki...

"Novoye Vremya" qəzetində "Pullarımızı qaytarın! - Kollektorlar bütün hədd-hüdudları aşırlar" sərlövhəli məqalə diqqət cəlb edir.
 
Müəllif banklara olan borclara görə vətəndaşlara qarşı kollektorların qanunsuz davranışlarını gündəmə daşıyır.
 
Müəllif deyir ki, 2018-ci ildə faktiki kollektorların fəaliyyətinə son qoyulamlı idi, belə ki, bankların müştərilər barədə kollektorlara məlumat vermələri qanunla qadağan edilib, vəkillik haqqında qanundakı dəyişkliklərə görə, artıq kollektorlar nümayəndə olaraq bankları məhkəmələrdə təmsil edə bilməzlər və bu qanunlar bu il yanvarın 1-dən qüvvəyə minib.
 
Müəllif deyir ki, məsələ heç də qanunda yazılan qədər asan deyilmiş: "Bu bəyanatlar fonunda ölkədə ən iri kollektorlardan biri "Baku Collecting Agency" fəaliyyətini davam etdirmək göstəricisi olan əməkdaş cəlb etməyə başlayıb. Həm də, unutmaq olmaz ki, bu beş-altı kollektorun təzyiqləri nəticəsində bank müştəriləri intiharlara məcbur olurdu".
 
Yazı müəllifi deyir ki, banklar bu kollektorlardan heç də məhkəmələrdə nümayəndələri kimi yox, banka borcu olan müşətirlərə təzyiq mexanizmi kimi istifadə edirlər.
 
Müəllif xatırladır ki, kollektor olaraq çalışanların əksəriyyəti vaxtilə hüquq-mühafizə orqanlarında işləmiş şəxslərdir, bu qurumlarla yaxşı əlaqələri var, odur ki, onları elə də asanlıqla susdurmaq mümkün deyil.
 
Üstəlik, artıq məhkəmə prosesində nümayəndə iştirak edə bilmədiyi üçün faktiki müştərilər müdafiəsiz qalırlar: "Nəticədə kollektorlar borcları ən ağıla gəlməyən üsullarla belə borclulardan almaq istəyirlər. Özlərini dövlət institutu kimi təqdim edir, prezident fərmanı ilə yaradıldıqları üçün məhkəmə və məhkəmə icraçılarından səlahiyyətli sayırlar".
 
Müəllif deyir ki, ekspert Əkrəm Həsənov belə hallarla bağlı faktlar olduğunu və onların Ədliyyə Nazirliyinə təqdim ediləcəyini bidlirib: "Bankların kollektorlardan istifadə etməsi qanunsuzdur, çünki, məhkəmələrdə nümayəndənin qurumu təmsil etməsi qanunla qadağan edilib. Amma banklar bunu "köhnə iş" kimi qələmə verərək təzyiq mexanizmi kimi isitfadə edirlər", deyə ekspert bildirib.
 
Müəllif deyir ki, kollektorların özbaşınalığı vətəndaşların passivliyindən yaranır, belə ki, onlar öz hüquqlarını qorumaqda fəallıq göstərmirlər.
 
Kollektorların fəaliyyətini qanunsuz adlandıran müəllif bank müştərilərini onların çağırışlarına cavab verməməyə çağırır, bu kollektorların fəaliyyəti qanunsuz olduğu üçün onların hər hansı tələbini də qanunsuzluq və vətəndaşın qanunla qorunan hüquqlarına münasibətdə özbaşınalıq adlandırır.
 
 

Google+ WhatsApp ok.ru